Totti: "Spalettinin qərarlarını ləyaqətlə qəbul edirdim"


İdman 03 Dek 2017 15:54:00 300 0

Totti: "Spalettinin qərarlarını ləyaqətlə qəbul edirdim"

"Roma"nın əfsanəvi kapitanı Françesko Totti İtaliya mətbuatına müsahibə verib. Goal.az xəbər verir ki, veteran futbolçu paytaxt klubunda oynadığı vaxt ona gələn təkliflərdən danışıb.

"Bir dəfə "Real"a keçmək imkanı qazandım. Heç vaxt başqa italyan klubunun formasını geyinməzdim. Ürəyim və ağlım ən yaxşı variantı tapmaqda mənə kömək etdi. Seçimimdən peşman deyiləm. İkinci dəfə başq klubdan əlverişli təkli gəlmişdi. Spalettinin məşqçilik dönəminin son ayları biraz çətin alındı. 2009-cu ildə Luçano komandanı tərk edəndə onunla yaxşı münasibətlərimiz vardı. Onun qayıdışından sonra daha çox oynamaq istərdim. Çünki karyeramda sonuncu mövsümü keçirirdim. Amma ona qarşı kinim yoxdur. Spalettinin qərarlarını ləyaqətlə qəbul edirdim. BƏƏ və Amerikadan təkliflər gəlmişdi. Onlar məni pula bələyərdi, amma 25 illik sevgini korlamış olardım. Mənim üçün yaxşı təcrübə ola bilərdi, lakin yenidən "Roma"nı seçdim".