Yoahim Löv: "Buna vərdiş etmişik"


İdman 02 Dek 2017 14:41:00 310 0

Yoahim Löv: "Buna vərdiş etmişik"

Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Rusiyanın paytaxtı Moskvada atılan DÇ-2018-in püşkünə münasibət bildirib.

Goal.az xəbər verir ki, Meksika, İsveç və Cənubi Koreya ilə F qrupunda mübarizə aparacaq almanların çalışdırıcısının sözlərinə görə, onların adı yeganə favorit kimi çəkilməməlidir: “Hər turnir öncəsi bizi favorit hesab edirlər. Buna vərdiş etmişik. Bu, bizi narahat etmir. Bəli, biz favoritik, lakin bu statusa malik komandalar az deyil. Bu siyahıda İspaniya, Argentina, Braziliya, Fransa kimi yığmalar da var”.

Löv qeyd edib ki, qrupda Almaniyanın əsas rəqibi Meksika yığması olacaq: “Meksika dünyanın ən güclü komandalarından biridir. Konfederasiyalar Kubokunda biz onlara qalib gəldik. Həmin qarşılaşmada bəxtimiz gətirdi, 2 erkən qol vura bildik. İndi isə tamamilə fərqli bir oyun olacaq”.