“Kəpəz” Gəncədə “Sumqayıt”ı qəbul edəcək


İdman 02 Dek 2017 10:16:00 336 0

“Kəpəz” Gəncədə “Sumqayıt”ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçiriləcək.

Goal.az xəbər verir ki, ikinci oyun günündə “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək.

Bu kollektivlər arasında ilk dövrədə baş tutan qarşılaşmada “Sumqayıt” qalib gəlib. Gəncəlilər Amil Yunanovla Cavid İmamverdiyevin qollarına Viktor Oseqeylin bir dəqiq zərbəsi ilə cavab veriblər. “Kəpəz” bu rəqiblə çempionatdakı 18-ci dueldə qalib gələcəyi halda, ümumi hesabda bərabərlik yaranacaq – hərəyə 6 qalibiyyət.

“Kəpəz”in heç vaxt öz meydanında sumqayıtlılara uduzmadığını qeyd etmək yerinə düşər. Üstəlik, qonaqlar son 3 səfərdə qol da vura bilməyib.

İlk oyun günündə “Qarabağ” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib. XIV tura dekabrın 3-də keçiriləcək “Qəbələ” – “Kəpəz” və “Səbail” – “Zirə” matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XIV tur

2 dekabr

14:00. “Kəpəz” – “Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Füzuli Nəcəfov

Gəncə şəhər stadionu