Argentinalı müdafiəçi finaldakı səhvinə görə karyerasını bitirmək istəyir


İdman 30 Noy 2017 18:28:00 302 0

Argentinalı müdafiəçi finaldakı səhvinə görə karyerasını bitirmək istəyir

Argentinanın "Lanus" klubunda çıxış edən Xose Qomes 24 yaşında karyerasını başa vurmaq barədə düşünüb. Goal.az xəbər verir ki, gənc müdafiəçi Libertadores Kubokunun finalında "Gremio" ilə oyunda (1:2) etdiyi səhvdən sonra belə qərara gəlib. Onun meydanın mərkəzində səhvindən sonra braziliyalılar topu ələ keçirib hesabı açmışdı. Final fitindən sonra Qomes bunları deyib.

"Futboldan getmək barədə düşünürəm. Özümü pis hiss edirəm. Yol verilməsi lazım olmayan səhv etdim. Buna ixtiyarım yox idi. Çempionluq tituluna layiq olan "Lanus" azarkeşlərindən üzr istəyirəm. Mənim səhvim ucbatından çempionluq əldən getdi".