Hakimin burnunu dişləyəni ağır cəza gözləyir


İdman 29 Noy 2017 10:27:00 299 0

Hakimin burnunu dişləyəni ağır cəza gözləyir

Türkiyənin Trabzon şəhər məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə təqsirləndirilən futbolçunun cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Goal.az xəbər verir ki, məhkəmənin hökmü ilə təqsirləndirilən Ömər Kuşçu 4 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Həvəskarlar Liqasında çıxış edən futbolçu qarşılaşmaların birində ona qırmızı vərəqə göstərən hakim Furkan Aksuoğlunun burnunu dişləyib. Futbolçunun hərəkəti ilə bağlı şikayət ərizəsi yazan referi onun cəzalanmasına nail olub. 

Qeyd edək ki, hadisədən sonra Furkan Aksuoğlu əməliyyat olunub.