""Qarabağ"la oyundan sonra səhərədək yata bilmədim"


İdman 28 Noy 2017 10:16:00 288 0

""Qarabağ"la oyundan sonra səhərədək yata bilmədim"

İspaniyanın "Atletico" klubunun futbolçusu Filipe Luis Çempionlar Liqasında "Qarabağ"la keçirdikləri oyunlardan sonra keçirdiyi hisslər barədə "Cadena Ser" radiosuna açıqlama verib.

Goal.az xəbər verir ki, 32 yaşlı müdafiəçi Madriddə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmanın ardından gecəni yata bilməyib: "Mən səhər saat 8-də yuxuya getdim və 8:30-da ayıldım".

Təcrübəli oyunçu "Atletiko"nun Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanmasının çox çətin olduğunu bildirib: "Əlbəttə, şansımız var. Amma "Atletiko"nun 16 ən güclü arasında olması çox çətindir".

Qeyd edək ki, "Atletiko" "Qarabağ"la Bakıda 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə edib. C qrupunda 5 turdan sonra 10 xalı olan İngiltərənin "Chelsea" qrup lideri kimi Çempionlar Liqasının 1/8 finalına vəsiqəni təmin edib. İkinci vəsiqə uğrunda 8 xala malik İtaliya "Roma"sı ilə 6 xalı olan "Atletico" mübarizə aparır. Son turda "Roma" "Qarabağ"ı qəbul edəcəksə, "Atletico" "Chelsea"nin qonağı olacaq. İspaniya təmsilçisi 1/8 finala yüksəlmək üçün İngiltərədə mütləq qalib gəlməli və "Roma"nın xal itkisinə ümid etməlidir.