"Atletico"dan tarixinin ən uğurlu startı


İdman 26 Noy 2017 14:33:00 224 0

"Atletico"dan tarixinin ən uğurlu startı

İspaniya La Liqasının 13-cü turunda Valensiya səfərinə yollanan "Atletico" "Levante"ni 5 cavabsız qolla darmadağın edib. Goal.az xəbər verir ki, Madrid klubu Primeranın ilk 13 turunda məğlub olmamaqla tarixinin ən yaxşı nəticəsini göstərib. Əvvəlki rekord məğlubiyyətsiz 12 oyun idi. "Atletico" buna 1995/96 mövsümündə nail olmuşdu. Həmin mövsüm klub "qızıl dubl"a imza ataraq İspaniya çempionluğuna və Kuboka sahib çıxmışdı. Qeyd edək ki, "Atletico" son 18 səfər matçında da məğlubiyyət acısı yaşamayıb.