"İkardi uzun müddət "İnter"də qalmaq istəyir"


İdman 26 Noy 2017 12:13:00 320 0

"İkardi uzun müddət "İnter"də qalmaq istəyir"

"İnter"in idman direktoru Pietro Auzilio komandanın əsas qol silahı Mauro İkardinin "Real Madrid"ə transfer ehtimalı haqqında danışıb. Goal.az xəbər verir ki, italiyalı funksioner bunları deyib:

"İkardinin müqaviləsində əsas məsələ buraxılış qiyməti deyil. O, "İnter"in vacib hissəsi olmaq arzusundadır. Mauro uzun müddət klubda qalmaq və burda qələbələr qazanmaq istəyir. Biz də oxşar mövqedən çəkilməmişik. Çoxları üçün İkardinin necə kapitan və insan olması yeni bir şeydir. Amma bu, bizə sürpriz deyil. Bir müddət öncə onun ətrafında layihə qurmağa başladıq. Bu layihə bəhrəsini verməkdədir. Statistika göstərir ki, Mauro ağıllı sərmayə oldu. Qaydalara görə, müqavilə maksimum 6 il ola bilər. Ona görə İkardiyə müddətsiz müqavilə təklif etmək imkanımız yoxdur".