Çempionlar Liqasında turun ən yaxşı futbolçusu müəyyənləşib


İdman 24 Noy 2017 16:02:00 317 0

Çempionlar Liqasında turun ən yaxşı futbolçusu müəyyənləşib

Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun ən yaxşı futbolçusu müəyyənləşib. Goal.az xəbər verir ki, "Real"ın hücumçusu Kriştianu Ronaldo bütün həmkarların geridə qoyub. UEFA-nın rəsmi saytı tərəfindən aparılan səsvermədə portuqal ulduz 43% azarkeşin səsini qazanıb. Neymar (PSG, 28%) 2-ci olub. Robert Levandovski (Bayern Munich) və Eden Hazar (Chelsea) isə 8% səslə 3-cü yerdə qərarlaşıblar. Sonrakı yerləri Timo Verner (Leipzig, 5%), Harri Keyn (Tottenham), Lorenzo İnsinye (Napoli, 3%) və Yannik Ferreyra-Karrasko (Atletico, 1%) tutub.