Millimiz Türkiyədə meydan sahiblərinə uduzdu


İdman 23 Noy 2017 20:11:00 283 0

Millimiz Türkiyədə meydan sahiblərinə uduzdu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş beynəlxalq turnirdə - “Mercedes Benz” Egey kubokunda bu gün üçüncü oyununu keçirib. Goal.az xəbər verir ki, komandamız Türkiyə ilə qarşılaşıb və 0:6 hesabı ilə uduzub. Qeyd edək ki, millimiz bundan əvvəl Albaniyaya 1:0 hesabı ilə qalib gəlib, Kosovoya 0:2 hesabı ilə məğlub olub.