Simeonenin ümidi "Qarabağ"adır


İdman 23 Noy 2017 15:48:00 255 0

Simeonenin ümidi "Qarabağ"adır

İspaniyanın "Atletico" klubunun baş məşqçisi Dieqo Simeone "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin son turunda İtaliyada "Roma" ilə keçirəcəyi oyun barədə danışıb.

Goal.az xəbər verir ki, argentinalı mütəxəssis Azərbaycan təmsilçisinin səfərdə "Roma"ya qalib gələcəyinə o qədər də əmin olmadığını bildirib: "Biz inanmalı, son turda "Çelsi"yə İngiltərədə qalib gəlməli, sonra isə taleyimizin necə olacağını görməliyik. Reallıq budur ki, "Roma" "Qarabağ"dan güclüdür. Gözləyək və baxaq".

Qeyd edək ki, C qrupunda 5 turdan sonra "Chelsea" 10 xalla qrup lideridir və 1/8 finala vəsiqəni təmin edib. Qrupdan ikinci vəsiqə uğrunda 8 xala malik "Roma" ilə 6 xalı olan "Atletico" mübarizə aparır. 2 xalı olan "Qarabağ" isə Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə verən 3-cü pillədən də məhrum olub. "Atletico" ikinci yeri tutmaq üçün sonuncu turda "Chelsea"yə səfərdə qalib gəlməli, "Roma" isə "Qarabağ"la görüşdə xal itirməlidir.