"Barcelona"nın tarixində bir ilk


İdman 23 Noy 2017 14:50:00 243 0

"Barcelona"nın tarixində bir ilk

Çempionlar Liqasının qrup mərhələsində 5-ci turun oyunları geridə qalıb. Turun maraqla gözlənilən qarşıdurması "Juventus" - "Barcelona" qolsuz bərabərliklə başa çatıb. Goal.az xəbər verir ki, bu, katalon klubunun ardıcıl 2-ci qolsuz bərabərliyidir. Ernesto Valverdenin komandası ötən turda "Olympiacos" səfərindən də analoji nəticı ilə qayıtmışdı. Ardıcıl 2 oyunda qolsuz heç-heçə "Barcelona" tarixi üçün də bir ilk olub. Katalon azarkeşlər üçün sevindirici məqam Mark Andre-ter Şteqenin çıxışı ilə bağlıdır. Yaxşı formada olan qapıçı bütün turnirlər daxil olmaqla qapı çərçivəsinə gedən 24 topdan 23-nü dəf edib. O, qrup mərhələsində çıxdığı 5 oyundan 4-də qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, "Barcelona" qrup lideri kimi 1/8 finala vəsiqəni təmin edib. Klub 2007/08 mövsümündən müntəzəm olaraq bunu bacarır.