Çempionlar Liqasında V tura yekun vurulacaq


İdman 22 Noy 2017 10:03:00 261 0

Çempionlar Liqasında V tura yekun vurulacaq

Bu gün daha 4 qrupda keçiriləcək 8 görüşlə futbol üzrə Çempionlar Liqasının V turuna yekun vurulacaq.

Goal.az xəbər verir ki, ikinci oyun gününün mərkəzi qarşılaşmaları İtaliya və İspaniya klublarının iştirakı ilə baş tutacaq.

"Juventus" "Barcelona"ya qələbə qazanacağı təqdirdə, ən azı qrup ikincisi kimi 1/8 finala vəsiqə qazana bilər. Bunun üçün Portuqaliya "Sporting"i Yunanıstan "Olympiacos"u ilə ev oyununda xal itirməlidir. "Barcelona"ya isə heç-heçə, hətta "Sporting" qələbə qazana bilməsə, məğlubiyyət də yetərli olacaq.

"Qarabağ"ın yer aldığı "C" qrupunda isə "Atletico" İspaniyada "Roma"nı sınağa çəkəcək. 4 turdan sonra İtaliya təmsilçisi 8 xalla qrup lideri, madridlilər isə 3 xalla qrup üçüncüsüdür. Qrupun digər görüşündə Azərbaycan komandası İngiltərənin "Chelsea" klubuna uduzsa, "Roma"ya 1/8 finala vəsiqə üçün heç-heçə də kifayət edəcək.

Bu gün meydana çıxacaq komandalardan hələlik "B" qrupundakı Fransa PSG-si və Almaniya "Bavariya"sı mərhələ adlayıb. Digər 4 qrupdan isə Türkiyənin "Beşiktaş", İspaniyanın "Real Madrid", İngiltərənin "Manchester City" və "Tottenham" komandaları Çempionlar Liqasının 1/8 finalına yüksəlib.

Çempionlar Liqası, V tur

A qrupu

21:00. MOİK (Moskva, Rusiya) - "Benfica" (Portuqaliya)

23:45. "Basel" (İsveçrə) - "Manchester United" (İngiltərə)

B qrupu

23:45. PSG (Fransa) - "Celtic" (Şotlandiya)

23:45. "Anderlecht" (Belçika) - "Bavariya" (Almaniya)

C qrupu

21:00. "Qarabağ" (Azərbaycan) - "Chelsea" (İngiltərə)

23:45. "Atletico" (İspaniya) - "Roma" (İtaliya)

D qrupu

23:45. "Juventus" (İtaliya) - "Barcelona" (İspaniya)

23:45. "Sporting" (Portuqaliya) - "Olympiacos" (Yunanıstan)

Xal durumu: "Barcelona" - 10, "Juventus" - 7, "Sporting" - 4, "Olympiacos" - 1.