Mesut Özilə katalon klubundan maraq var


İdman 21 Noy 2017 16:53:00 413 0

Mesut Özilə katalon klubundan maraq var

"Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil haqqında daha bir transfer şaiyəsi meydana çıxıb. Goal.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı havbekin xidmətlərində "Barcelona" da maraqlıdır. "Topçular" müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçunu 20 milyon avroya satmağa hazırdır. Katalonların prioritet hədəfi Filippe Koutinyo olaraq qalır. "Liverpool" braziliyalı ulduza görə çox pul tələb etsə, Özil variantı gündəmə gələ bilər. Özilin İspaniya La Liqasında oyun təcrübəsi var. O, 2010-13-cü illərdə "Real Madrid"in şərəfini qoruyub.