Millimiz gürcülərdən üstün oldu


İdman 20 Noy 2017 10:04:00 221 0

Millimiz gürcülərdən üstün oldu

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

Goal.az-ın məlumatına görə, komandamız Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ikinci matçda qüvvəsini sınayıb.

Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyun millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qolunu Umnisə Əliyeva vurub.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 2:2 hesabı ilə başa çatıb.