Dmitri Nazarovun komandası darmadağın olunub


İdman 19 Noy 2017 19:21:00 305 0

Dmitri Nazarovun komandası darmadağın olunub

Almaniya II Bundesliqasında 14-cü tur davam edir. Goal.az xəbər verir ki, milli komandamızın oyunçusu Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” də növbəti matçını keçirib. İki tur əvvəl “Regensburq”la matçda qırmızı vərəqə alaraq cəzalandırılan Nazarovun meydana çıxmadığı oyunda komandası 0:3 hesabı ilə uduzub. Bu məğlubiyyətlə 18 xalda qalan Aue təmsilçisi turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.