"Chelsea"nin imtina etdiyi biletlər satışa çıxarıldı


İdman 18 Noy 2017 13:39:00 316 0

"Chelsea"nin imtina etdiyi biletlər satışa çıxarıldı

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin son ev oyununda “Chelsea”ylə matçın satışa çıxarılan biletlərin hamısı satılmışdı.

Goal.az klubun saytına istinadən xəbər verir ki, "Chelsea" onlara ayrılmış biletlərin bir hissəsindən imtina edib. "Qarabağ" oyuna olan böyük marağı nəzərə alaraq həmin biletləri (308 və 309-cu sektorlar) bu gündən etibarən satışa çıxarıb. Təxminən 1000 bilet artıq satışdadır.

 

 Satış məntəqələri: 

“Gənclik mall” və “28 mall”

“Park Bulvar” (Qarabağ FK Fan-şop)

M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti

Heydər Əliyev Sarayının kassası

Asan Xidmət mərkəzləri

Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)