"Borussia" Obameyanqı yenə cəzalandırdı


İdman 17 Noy 2017 15:44:00 262 0

"Borussia" Obameyanqı yenə cəzalandırdı

"Borussia Dortmund" Pyer-Emerik Obameyanqı "Stuttgart"la oyunun iştirak ərizəsinə daxil etməyib. Goal.az "Bild"ə istinadən xəbər verir ki, bunun səbəbi qabonlu hücumçunun məşqə 20 dəqiqə gecikməsi olub. Obameyanq İspaniyada sabiq komanda yoldaşı Usman Dembele ilə görüşüb. Sosial şəbəkələrdə onun qardaşı Villi ilə birlikdə gecə klubunda şəkli yayılır. Obameyanq bu səfəri boş vaxtında etsə də, "Borussia" rəhbərliyi bundan xoşlanmayıb.

"Ötən il məşqə gec gəldiyim üçün klubun sərgilədiyi mövqeyi başa düşmüşdüm. Amma bu dəfə gecikmək niyyətim olmayıb, qəsdən etməmişəm. Rəhəbrliyin qərarını anlaya bilmirəm" - futbolçu deyib.

Oxşar hadisə 2016-cı ilin noyabrında da baş vermişdi. Həmin vaxt komandanın sabiq çalışdırıcısı Tomas Tuxel "Sporting"lə oyuna (1:0) onu meydana buraxmamışdı. 2017-ci ilin aprelində Obameyanq "Schalke" ilə oyunda (1:1) qara-qırmızı rəngli maska ilə qol sevincini qeyd etdiyinə görə Dortmund klubu tərəfindən yenidən cəzalandırılmışdı.