Ronaldo 7 uşaq istəyir


İdman 17 Noy 2017 15:08:00 318 0

Ronaldo 7 uşaq istəyir

"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo növbəti dəfə açıqlaması ilə diqqət çəkib.

Goal.az xəbər verir ki, sevimli nömrəsi 7 olan futbolçu buna həm həyatında, həm də karyerasında xüsusi diqqət ayırır.

Portuqal ulduz "L equpe"yə açıqlamasında haqqındakı fikirlərə fikir vermədiyini bildirib:

"Çox xoşbəxtəm. Özümü əla hiss edirəm. Həmişəki kimi çalışmağa davam etməliyəm. Mənə qol maşını kimi baxırsınız. Qol vurmayanda təndiq olunuram. Bu isə yaxşı hal deyil. Tənqidləri qəbul edirəm, amma çoxusuna fikir vermirəm. Haqqımda yazılanları eşitmək, ya da oxumaq istəmirəm. Dünyanı idarə edə bilmədiyimi qəbul etməliyəm".Bu yaxınlarda dördüncü dəfə ata olan Kriştianonun beşinci dəfə "Ballon dOr"u qazanacağı barədə fikirləri daha maraqlı olub: "Dayannaq barədə fikirləşmirəm. 7 uşaq və o qədər də "Ballon dOr" qazanmaq istəyirəm. Oynadığım müddətdə mümkün olan hər şeyi qazanmaq istəyirəm".