İDDİA: Neymar PSG-yə göndərilmək istəmirmiş


İdman 16 Noy 2017 13:43:00 300 0

İDDİA: Neymar PSG-yə göndərilmək istəmirmiş

Dünyanın ən bahalı futbolçusu Neymara görə 222 milyon avro ödəyə biləcək klub çıxsa, braziliyalı ulduz PSG-ni tərk etməyə hazırdır. Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 2018-ci ilin yayında "Real Madrid"in bu məbləği ödəməsi mümkündür. Fransa klubları adətən futbolçuların müqaviləsində buraxılış qiymətini göstərmir. Son vaxtlar idman nəşrləri Neymar haqqında kifayət qədər çox yazırlar. Onun baş məşqçi Unay Emeri ilə pis münasibətdə olması gündəmə gətirilmişdi. "Sambaçı"nın "Barcelona" üçün darıxması və geri qayıtmaq istəməsi də iddia olunur. Noyabrın əvvəlində onun katalon klubundakı keçmiş komanda yoldaşlarını ziyarət etməsi də bu fikrə sübut kimi göstərilir. Luis Suarez isə müsahibəsində onun darıxmaq barədə danışmadığını bildirmişdi. Bundan başqa bəzi ispan nəşləri yazır ki, Neymar ötən yay 2 dəfə "Barcelona"nın prezidentindən PSG ilə danışıqları pozmağı xahiş edib. Onun bu zaman kövrəldiyi də deyilir.