Ançelotti İtaliya millisini çalışdıra bilər


İdman 15 Noy 2017 18:23:00 310 0

Ançelotti İtaliya millisini çalışdıra bilər

İtaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi postuna əsas namizəd olan Karlo Ançelotti ilə danışıqlara başlayıb.

Goal.az xəbər verir ki, qurumun prezidenti Karlo Tavekkio və əksər azarkeşlər 58 yaşlı mütəxəssisi yığmanın sükanı arxasında görmək istəyirlər.

Lakin Ançellotinin təyinatından əvvəl İtaliya millisinin 2018-ci il dünya çempionatına çıxara bilməyən hazırkı baş məşqçi Campyero Ventura ilə problemi yoluna qoymaq lazımdır. Özü istefa vermək istəməyən 69 yaşlı mütəxəssis müqavilənin birtərəfli pozulması müqabilində 700 min avro təzminat almağı düşünür.

Qeyd edək ki, dünyanın ən titullu məşqçilərindən sayılan Karlo Ançelotti bu ilin sentyabrından Almaniya “Bavariya”sının baş məşqçi postundan istefaya göndərilib. İtaliyalı mütəxəssis indiyədək heç bir yığmaya rəhbərlik etməyib.