UEFA rəsmisi: "Ən böyük türk klubu "Galatasaray"dır"


İdman 15 Noy 2017 14:50:00 260 0

UEFA rəsmisi: "Ən böyük türk klubu "Galatasaray"dır"

UEFA-nın mətbuat xidmətinin rəhbəri Pedro Pinto "Beşiktaş" - "Monaco" matçı öncəsi 10 ölkə jurnalistlərinin və bir sıra rəsmi şəxslərin olduğu yeməkdə iştirak edib.

Goal.az xəbər verir ki, UEFA sözçüsü türk jurnalistin "Ən böyük türk klubu hansıdır: "Fenerbahçe" yoxsa "Galatasaray"? sualını bir az düşündükdən sonra belə cavablandırıb:

"Galatasaray". UEFA kubokunu qazandıqdan sonra Avropada daha çox tanındı, dünya şöhrətli futbolçuları heyətinə qatmaqla daha çox diqqət çəkdi. Hacı ilə başlayan transferləri, Droqba və Sneyderlə zirvəyə qalxdı. Bunları düşünərək, "Galatasaray"ın daha böyük marka olduğunu demək olar."

Süfrədə əyləşənlər Pintonun bu fikrinə etiraz edərək Anelka, Roberto Karlosu nümunə göstəriblər.