"Neymarı "Real"da görməyə şad olarıq"


İdman 15 Noy 2017 12:54:00 265 0

"Neymarı "Real"da görməyə şad olarıq"

"Real Madrid"in növbəti yay Neymarı transfer etməyə çalışacağı iddia olunur. Bir sıra idman nəşrləri braziliyalı hücumçunun Unay Emeridən xoşlanmadığını yazmaqdadır. Goal.az xəbər verir ki, Madrid klubunun kapitanı Serxio Ramosdan sonra Karlos Kasemiro da həmyerlisini komandada görmək istədiyini gizlətməyib.

"O ulduzdur. Neymar nə etdiyini bilir. Böyük futbolçudur və onu "Real"da görməyə şad olarıq. Ümid edirəm Neymar bizə qoşular. Amma indiki komandasında xoşbəxtdir. Qarşıdakı dünya çempionatında hər kəs Braziliyanı məğlub etməyə çalışacaq. Lakin möhtəşəm heyətimiz var" - Kasemiro deyib.