Argentinanın oyunundan qayıdan azarkeşlər qəzaya düşdü, ölənlər var


İdman 15 Noy 2017 10:27:00 343 0

Argentinanın oyunundan qayıdan azarkeşlər qəzaya düşdü, ölənlər var

Rusiyanın Krasnodar şəhərində Argentina və Nigeriyanın futbol yığmaları arasında keçirilmiş yoldaşlıq görüşündən qayıdan azarkeşlər qəzaya düşüb.

Goal.az xəbər verir ki, fanatları gətirən mikroavtobusun yol kənarında dayanmış “KamAz”a çırpılması nəticəsində 5 nəfər həlak olub. Ölənlərdən 2-si azyaşlıdır.

Mikroavtobusda olan digər 7 nəfər isə xəsarət aldıqları üçün xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, matç Nigeriya millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. (life.ru)