"İtaliya futbolunu idarə edən mumiyalardan yaxa qurtarmaq vaxtıdır"


İdman 14 Noy 2017 16:45:00 279 0

"İtaliya futbolunu idarə edən mumiyalardan yaxa qurtarmaq vaxtıdır"

"Sassuolo"nun müdafiəçisi Paolo Kannavaro İtaliya millisinin 2018-ci il dünya çempionatından kənarda qalmasını emosional qarşılayıb. Goal.az xəbər verir ki, Fabio Kannavaronun kiçik qardaşı İnstagram hesabından İtaliya Futbol Federasiyası idarəçilərinin istefasını tələb edib.

"Uşaqlar, bu gün biz dünya çempionatından məhrum olduq. Bunun əsası 15 il öncə qoyulmuşdu. Dünyanın müxtəlif guşələrindən uğursuz kəsləri milliyə çağırdıqları halda bizim gəncləri haqsız şəkildə görməzdən gəlirdilər. Onlara pul və şöhrət qazandırmışıq. Dünyada öz statusunu qoruyan məşqçilərimizə təşəkkür edirəm. Ümid edirəm ki, bu fiaskodan sonra İtaliya futbolunda islahatlar aparılacaq. Futbolumuzu idarə edən və gənclərə əngəl törədən mumiyalardan yaxa qurtarmaq vaxtıdır. İstefa verin! Ümid edirəm siz azarkeşlərin göz yaşları İtaliya futbolunda sonuncu olar. Biz geridən gələn gəncləri dəstəkləyirik. Bütün dünya bizə həsəd aparsın deyə qayıdacağıq. Təəssüf ki, həyəcan zəngi çalınandan sonra bu barədə ölçü götürülməli idi".