"Milan" qış transfer pəncərəsində fəal olmayacaq


İdman 13 Noy 2017 20:07:00 291 0

"Milan" qış transfer pəncərəsində fəal olmayacaq

"Milan" yanvarda transferlərə böyük pullar xərcləmək fikrində deyil. Goal.az xəbər verir ki, klubun direktoru Marko Fassone son illərdə maliyyə itkiləriə görə səs-küylü transfer reallaşdırmaq istəmədiklərini qeyd edib.

"Yanvarda o halda pul xərcləyərik ki, ciddi zərurət yaransın. Böyük transferlər planda yoxdur".

"Rossoneri" ötən yay transfer bazarında fəallığı ilə seçilirdi. Heyətin yarıdan çoxunu yeniləyən klub transferlərə kifayət qədər pul xərcləmişdi. Bu yaxınlarda "Milan" 1 ynvar - 30 iyun periodunda 32.6 milyon avro maliyyə itkisinə yol verdiyini açıqladı. Bu, ötən ilin cari dövrü ilə müqayisədə 3.4 milyon avro azdır.