İngiltərə millisinin heyətində dəyişiklik


İdman 12 Noy 2017 16:16:00 273 0

İngiltərə millisinin heyətində dəyişiklik

İngiltərə millisinin heyətində dəyişiklik baş verib. Goal.az xəbər verir ki, "Liverpool"un hücumçusu Dominik Solanke və "Bournemouth"un havbeki Lyuis Kuk millinin düşərgəsinə çağrılıb. Onlar noyabrın 14-də Braziliya ilə keçiriləcək yoldaşlıq görüşündə meydana çıxa bilər. Müdafiəçi Fil Cons isə Almaniya ilə oyunda (0:0) aldığı zədə səbəbindən Mançesterə qayıdıb.

Solanke və Kuk ötən yay 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında İngiltərənin əsas liderləri idi. Kuk komandanın kapitanı, Solanke isə mundialın ən məhsuldar futbolçusu olmuşdu.