Mozes: "Onun gücünü Avropada olduğundan aşağı qiymələndirirlər"


İdman 12 Noy 2017 14:18:00 307 0

Mozes: "Onun gücünü Avropada olduğundan aşağı qiymələndirirlər"

"Chelsea"nin nigeriyalı vinqeri Viktor Mozes komanda yoldaşı Sezar Azpilikueta haqqında danışıb. Goal.az xəbər verir ki, Mozes bunları deyib:

"Deyərdim ki, oyunuma ən böyük təsiri Sezar Azpilikueta göstərib. Ondan çox şey öyrənmişəm. Hər oyunda onun dəstəyini hiss edirəm. Hücuma çıxanda məni sığortalayır.

Bu oğlanın limitsiz motivasiyası var. Hər iki gündən oynamalı olsaydıq, Azpilikueta meydana çıxmaq istərdi. Sezar oynadığı hər dəqiqəni qiymətləndirir və sadəcə futboldan həzz alır. Onun gücünü Avropada olduğundan aşağı qiymələndirirlər".