Millimizin futbolçusu "Beşiktaş"da


İdman 11 Noy 2017 16:00:00 274 0

Millimizin futbolçusu "Beşiktaş"da

Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Günay İsmayılova karyerasını Türkiyədə davam etdirəcək.

Goal.az AFFA-nın rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, 19 yaşlı qapıçı “Beşiktaş”a transfer olunub. O, İstanbul təmsilçisi ilə 6 aylıq müqavilə bağlayıb.

Qeyd edək ki, G.İsmayılova “Fidan” klubunun formasını geyinirdi.