PSG Konte ilə maraqlanır


İdman 10 Noy 2017 14:23:00 299 0

PSG Konte ilə maraqlanır

PSG "Chelsea"nin baş məşqçisi Antonio Konte ilə maraqlanır.

Goal.az xəbər verir ki, komandanın hazırkı çalışdırıcısı Unai Emeri Paris təmsilçisini Çempionlar Liqasının yarımfinal mərhələsinə çıxarmayacağı təqdirdə, klub rəhbərliyi Konte ilə danışıqlara başlayacaq. İtaliyalı mütəxəssisin PSG-yə keçidi 2018-ci ilin yayında reallaşa bilər.

Qeyd edək ki, A.Konte 2016-cı ildən "Chelsea"ni çalışdırır. Britaniya mətbuatı son zamanlar Konte ilə klub rəhbərliyi arasında fikir ayrılıqları yarandığını iddia edib.