"Liverpool"un zədəlisi heyətə qayıdır


İdman 08 Noy 2017 14:52:00 263 0

"Liverpool"un zədəlisi heyətə qayıdır

"Liverpool"un yarımmüdafiəçisi Adam Lallana zədəsini sağaltmaq üzrədir. Goal.az xəbər verir ki, 29 yaşlı futbolçu milli komandaların yoldaşlıq görüşləri ilə əlaqədar fasilədən sonra meydana çıxmağa tam hazır olacaq. Onun "Liverpool"un milliyə dəvət almayan digər futbolçuları ilə yoldaşlıq görüşündə oynaması gözlənilir. Bu, Lallananın formasını bərpa etmək məqsədi güdür. Oyun azarkeşlərə qapalı olacaq. Ötən mövsm İngiltərə Premyer Liqasında 31 oyun keçirən havbek 8 qol, 7 məhsuldar ötürmənin müəllifi olub.

Lallana mövsümöncəsi hazırlıq çərçivəsində "Atletico Madrid"ə qarşı oyunda zədələnmişdi. Baş məşqçi Yurqen Klopp onun reabılitasiya müddətinin qısa olacağına ümid etsə də, futbolçu 3 aydan çoxdur ki, oynamır.