İkinci diviziona vəsiqə qazanan klubun hər futbolçusuna 3.25 milyon avro


İdman 31 Okt 2017 16:17:00 238 0

İkinci diviziona vəsiqə qazanan klubun hər futbolçusuna 3.25 milyon avro

Çinin "Meixian Techand" klubu 2-ci diviziona vəsiqə qazanıb. Goal.az xəbər verir ki, buna görə hər futbolçuya 3.25 milyon avro mükafat verilib. İkinci diviziona çıxmaq uğrunda görüşdə komanda iki oyunun nəticəsinə əsasən "Shenzhen Ledman" klubunu 3:1 hesabı ilə məğlub edib. "Meixian Techand" futbolçularının bəziləri qazandıqları bonusların şəklini sosial şəbəkədə paylaşıb.

Maraqlıdır ki, son vaxtlar legionerlərin Çinə kütləvi axını fonunda, "Meixian" klubunun hər bir 30 futbolçusu yerlidir. Buna görə rəhbərlik əlavə heç bir vergi ödəməyib. Sözügedən klub 2012-ci ildə təsis olunub. O, Meysyan əyalətini təmsil edir və ilk dəfə olaraq 2-ci divizionda oynamaq hüququ qazanıb.