Kaka: "Liverpool"un 3 topun əvəzini necə çıxdığını anlamaqda çətinlik çəkirəm"


İdman 31 Okt 2017 15:04:00 308 0

Kaka: "Liverpool"un 3 topun əvəzini necə çıxdığını anlamaqda çətinlik çəkirəm"

"Milan"ın sabiq futbolçusu Rikardo Kaka İspaniyanın "As" nəşrinə müsahibə verib.

Goal.az xəbər verir ki, karyerasını oktyabrın 16-da başa vuran braziliyalı iştirakçısı olduğu ən yaddaqalan oyunları xatırlayıb.

"Belə oyunlardan biri 2005-ci il Çempionlar Liqasının finalı idi. Həmin gün başa düşdüm ki, futbolda hər şey baş verə bilər. Düzdür, indiyə qədər "Liverpool"un 3 topun əvəzini necə çıxdığını anlamaqda çətinlik çəkirəm. Məni ən çox təsirləndirən bu oyun olub. Bir də 2006-cı il dünya çempionu. Braziliya millisi Fransaya 0:1 hesabıyla uduzmuşdu. Bu iki oyunu ona görə seçdim ki, mənə çox şey öyrədiblər. Həmin vaxt komandada Lusio, Kafu, Roberto Karlos, Ronaldo, "Barcelona" ilə Çempionlar Liqasının qalibi olmuş Ronaldinyo vardı. Fransızların heyətində ən yaxşı Zidan idi. Unudulmaz oyunlardan 2002 mundialının finalını qeyd etmək də olar. Mən start heyətinə düşməmişdim. İstənilən halda dünya çempionatının finalı idi. Ronaldo almanlara qol vuranda qalib gələcəyimizi bilirdim. Final fiti səslənəndə hakimin yanında idim. Karyeramın ən gözəl anlarından birini yaşamışdım".