"Milan" və "Manchester United" gənc müdafiəçinin xidmətində maraqlıdır


İdman 30 Okt 2017 17:40:00 349 0

"Milan" və "Manchester United" gənc müdafiəçinin xidmətində maraqlıdır

"RB Leipzig"in müdafiəçisi Dayot Upamekano "Milan"ın maraq dairəsinə düşüb. Goal.az xəbər verir ki, "rossoneri"nin skautları 19 yaşlı futbolçunun oyununu çox bəyənib. Upamekano "Manchester United"in də istədiyi futbolçudur. Fransalı müdafiəçini 2 ildir izləyən "qırmızı şeytanlar" qışda onu transfer etməyə cəhd göstərəcək. Gənc oyunçunun "Leipzig"lə müqaviləsi 2021-ci ildə başa çatır. Müqavilədə onun buraxılış qiyməti 100 milyon avro qeyd olunub.