Rəşad Əzizli 357 dəqiqə dayandı


İdman 30 Okt 2017 14:52:00 282 0

Rəşad Əzizli 357 dəqiqə dayandı

“Neftçi”nin qapıçısı Rəşad Əzızlinin quru seriyası qırılıb.

Goal.az xəbər verir ki, ardıcıl 3 oyun qol buraxmamaqla mövsümün rekorduna imza atan qolkiper X turun “Sumqayıt”la matçında rəqibin fərqlənməsinə üzülüb. O, komandasının 2:1 hesabı ilə qalib gəldiyi görüşün 38-ci dəqiqəsində Tural Axundovun penalti zərbəsini dəf edə bilməyib.

Bunadək isə Rəşad “İnter” (2:0), “Səbail” (4:0) və “Kəpəz”lə (1:0) matçlarda qapısını toxunulmaz saxlamışdı. Son qolunu VI turun “Qəbələ” ilə matçının 40-cı dəqiqəsində Baqali Dabodan buraxan Əzizli 357 dəqiqədən sonra topu qapısında görüb.

Qeyd edək ki, bu seriya həm quru oyunların sayında, həm də dəqiqə baxımından mövsümün rekordudur.