“Kəpəz” ilkə imza atdı
İdman 30 Okt 2017 14:34:00 321 0
“Kəpəz” ilkə imza atıb.
Goal.az xəbər verir ki, bu, Topaz Premyer Liqasının X turuna təsadüf edib. “Keşlə” ilə səfər matçında 2:0 hesabı ilə qalib gələn Gəncə təmsilçisi tarixində ilk dəfə bu rəqibin meydanında 3 xal qazanıb. 1999/2000 mövsümündən güclülər dəstəsində çıxış edən paytaxt klubu əvvəlki 14 ev oyununda gəncəlilərə uduzmamışdı. 2004-cü ilədək “Xəzər Universiteti” sonrakı 13 ildə “İnter” adlanan Bakı klubu ilə əvvəlki 14 səfər görüşündə “Kəpəz” cəmi 2 xal qazanmışdı. 12 dəfə uduzan qərblilər 15-ci cəhddən sindromu qıra bilib.
10.05.2000 | Xəzər Universiteti (Bakı) - Kəpəz (Gəncə) | 3:1 |
08.03.2001 | Xəzər Universiteti (Bakı) - Kəpəz (Gəncə) | 3:0 |
17.03.2002 | Xəzər Universiteti (Bakı) - Kəpəz (Gəncə) | 2:0 |
05.07.2003 | Xəzər Universiteti (Bakı) - Kəpəz (Gəncə) | 8:0 |
25.04.2005 | İnter (Bakı) - Gəncə | 2:0 |
29.03.2006 | İnter (Bakı) - Gəncə | 5:0 |
23.12.2010 | İnter (Bakı) - Gəncə | 1:0 |
24.09.2011 | İnter (Bakı) - Kəpəz (Gəncə) | 0:0 |
30.10.2012 | İnter (Bakı) - Kəpəz (Gəncə) | 3:1 |
25.09.2015 | İnter (Bakı) - Kəpəz (Gəncə) | 1:0 |
19.02.2016 | İnter (Bakı) - Kəpəz (Gəncə) | 1:0 |
19.08.2016 | İnter (Bakı) - Kəpəz (Gəncə) | 2:2 |
28.01.2017 | İnter (Bakı) - Kəpəz (Gəncə) | 4:1 |
09.09.2017 | İnter (Bakı) - Kəpəz (Gəncə) | 3:2 |
28.10.2017 | Keşlə (Bakı) - Kəpəz (Gəncə) | 0:2 |
pfl