Neymar "Barcelona"dan getməyə peşmandır


İdman 30 Okt 2017 11:45:00 332 0

Neymar "Barcelona"dan getməyə peşmandır

Ötən yay "Barcelona"nı PSG-yə dəyişən Neymar baş məşqçi Unay Emerinin məşq metodlarından razı deyil. Goal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, futbolçu və yaxın ətrafı Parisə uyğunlaşmaqda da çətinlik çəkir.

"Sambaçı" və Emeri arasında münasibət də istənilən səviyyədə deyil. Bir neçə gün öncə "L`Equipe" nəşri tərəflər arasında məşqdə mübahisə yarandığı barədə məlumat yaymışdı. Belə ki, ulduz futbolçu "Anderlecht"lə Çempionlar Liqası matçında iştirak etdiyindən Emeri ona məşqi tez başa vurmağı tapşırmışdı. Bu isə futbolçunun narazılığına səbəb olmuşdu.