"İnter" adı ilə birlikdə məşqçisini də dəyişir


İdman 29 Okt 2017 13:33:00 282 0

"İnter" adı ilə birlikdə məşqçisini də dəyişir

"Keşlə FK-nın rəhbərliyi komandanın baş məşqçisi Zaur Svanadze və baş məşqçinin köməkçisi Ramaz Svanadze ilə görüş keçirib. Goal.az xəbər verir ki, görüşdə komandanın fəaliyyəti müzakirə olunub. Qərara alınıb ki, Z.Svanadze və R.Svanadze arasında imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin.

"Keşlə" rəhbərliyi hər iki məşqçiyə komandada fəaliyyətlərinə görə təşəkkürünü bildirib və onlara sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.