"Arsenal" Aleksis Sançezə qiymət qoydu


İdman 27 Okt 2017 15:32:00 318 0

"Arsenal" Aleksis Sançezə qiymət qoydu

Aleksis Sançezin "Arsenal"la müqaviləsi 2018-ci ilin yayında başa çatır. "Topçular" mövsümün sonunda onu azad agent kimi buraxmamaq üçün futbolçunu yanvarda sata biləcəyi qiyməti açıqlayıb. Goal.az xəbər verir ki, "Manchester City" və PSG-nin maraqlandığı Aleksisə 30 milyon funt qiymət qoyulub. "Arsenal" ötən yay onu "City"yə 60 milyon avroya satmaqdan imtina etmişdi. 28 yaşlı forvarda "şəhərlilər" qışda 20 milyon funt xərcləmək fikrindədir.