İtaliyalı hücumçuya Çin klubundan təklif


İdman 27 Okt 2017 14:30:00 262 0

İtaliyalı hücumçuya Çin klubundan təklif

"Lazio"nun hücumçusu Çiro İmmobile karyerasını Çiində davam etdirə bilər. Goal.az xəbər verir ki, Andre Vilyaş-Boaşın rəhbərlik etdiyi "Shanghai SIPG" italiyalı hücumçunu transfer etmək istəyir. 27 yaşlı forvardın transferinə 70 milyon avro xərclənməsi nəzərdə tutulub. Futbolçunun özünə illik 6.5 milyon avro təklif olunub. Roma klubu bu təklifə hələlik cavab verməyib. Bu mövsüm 14 rəsmi oyunda meydana çıxan İmmobile 17 qol vurub.