"Barcelona"nın sabiq idman direktoru London klubunu seçdi


İdman 25 Okt 2017 17:53:00 311 0

"Barcelona"nın sabiq idman direktoru London klubunu seçdi

"Barcelona"nın sabiq idman direktoru Raul Sanllexi fəaliyyətini İngiltərədə davam etdirəcək. Goal.az xəbər verir ki, ispaniyalı funksioner "Arsenal"da çalışmağa yaxındır. Onun xidmətlərində "Manchester City" də maraqlı idi.

Sanllexi 2008-ci ildən "Barcelona"da çalışırdı. O, ötən yay postunu tərk etmişdi. Sanllexi 2013-cü ildə Neymarın "Santos"dan transferində böyük rol oynayan şəxslərdən olub.