"Bavariya"nın baş məşqçisi: "Heç vaxt "Red Bull" içməmişəm"


İdman 24 Okt 2017 17:28:00 377 0

"Bavariya"nın baş məşqçisi: "Heç vaxt "Red Bull" içməmişəm"

"RB Leipzig" və "Bayern Munich" oktyabrın 25-də Almaniya Kubokunun 2-ci raundunda qarşılaşacaq.

Goal.az xəbər verir ki, oyun öncəsi Münhen klubunun baş məşqçisi Yupp Haynkes açıqlama verib.

"İki top-klub qarşılaşdığı üçün xüsusi oyun olacaq. "Leipzig" son illər böyük işlər görüb. Bizi intensiv və gərgin oyun gözləyir. Kubokda mübarizəni davam etdirmək üçün ən yaxşı oyunumuzu göstərməliyik. "RB Leipzig" tənqidçilərini mühakimə etmək istəmirəm. Klub yaxşı çalışır. Onların bacarıqlı yenilikçi əməkdaşları var. Heç vaxt "Red Bull" içməmişəm. Əsasən mineral su içirəm".