Messini ən güclü 3 futbolçu sırasında görməyən kapitanlar məlum olub


İdman 24 Okt 2017 11:30:00 315 0

Messini ən güclü 3 futbolçu sırasında görməyən kapitanlar məlum olub

Londonda baş tutan mərasimdə Ronaldo növbəti dəfə "İlin ən yaxşı futbolçusu" seçilib. Portuqaliyalı ulduz Messi və Neymarı geridə qoyub. Artıq milli komanda kapitanlarının kimə səs verdiyi də məlumdur. Goal.az xəbər verir ki, Hazar, Buffon, Noyer, Robben və s. kapitanların Messinin ən yaxşı 3 futbolçu sırasına daxil etməməsi diqqət çəkib.Onların bəzisinin seçimi təqdim edirik:

Buffon (İtaliya millisinin kapitanı): Ronaldo, Dibala, Luka Modric

Eden Hazar (Belçika millisinin kapitanı): Nqolo Kante, Ronaldo, Luka Modric

Aryen Robben (Hollandiya millisinin kapitanı): Ronaldo, Ramos, Marselo

Robert Levandovski (Polşa millisinin kapitanı): Manuel Noyer, Arturo Vidal, Ronaldo

Uqo Lyoris (Fransa millisinin kapitanı): Ronaldo, Ramos, Harri Keyn

Xames Rodriqez (Kolumbiya millisinin kapitanı): Ronaldo, Buffon, Levandovski