Taekvondoçuların yeni reytinq cədvəli açıqlanıb


İdman 23 Okt 2017 18:53:00 266 0

Taekvondoçuların yeni reytinq cədvəli açıqlanıb

 Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də reytinqdə hamıdan öndədi. Liderliyini qoruyan taekvondoçumuz ikinci yerdə olan Şeyx Saleh Junior Sissedən (Fil Dişi Sahili) 78.62 xal öndədi – 472,36.

Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.Goal.az xəbər verir ki, Olimpiya çəkiləri üzrə açıqlanan “Top-10”u Azərbaycan üçün uğurlu saymaq olar.

Oktyabr üçün tərtib olunan siyahıda yığmamızın 4 taekvondoçusu yer alıb. Belə ki, Rio-2016-nın qalibi Radik İsayev +80 kq çəki dərəcəsində yenə də birincidi. Aktivində 472.36 xalı olan dünya və Avropa çempionumuz ən yaxın izləyicisi Abdul İssfu (Niger) 69,26 xal qabaqlayır.

68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə isə 6-cı pillədədi. Avqust reytinqi ilə müqayisədə 3 pillə irəliləyən həmyerlimiz 212,20 xala malikdi.

Qadınlardan ibarət millimizin lideri Fəridə Əzizova da (67 kq) “Top-10”a qayıdıb. 213,14 reytinq xalı olan təmsilçimiz “onluğ”u qapayır. Ondan fərqli, Patimat Abakarova (49 kq) ən güclülərin siyahısını tərk edib.