"Çixura" klubunu daşıyan avtobus qəzaya düşüb


İdman 23 Okt 2017 15:52:00 285 0

"Çixura" klubunu daşıyan avtobus qəzaya düşüb

Gürcüstanın "Çixura" futbol klubunun futbolçuları yol nəqliyyat qəzasına düşüb. Goal.az xəbər verir ki, komandanın olduğu mirkoavtobus ölkənin şərqində yerləşən Haşuri şəhəri yaxınlığında qəzaya düşüb. "Çixura" "Dinamo Batumi" ilə oyundan (2:1) qayıdırmış.

Klubdan verilən məlumata görə kapitan Şota Kaşiyadan başqa futbolçulardan heç biri ciddi xəsarət almayıb. Kaşiyanın köprücük sümüyü sınıb. Qeyd edək ki, 22 oktyabrda gürcü müdafiəçinin 33 yaşı tamam olub.