"Manchester United" 20 yaşlı müdafiəçi ilə maraqlanır


İdman 23 Okt 2017 11:13:00 286 0

"Manchester United" 20 yaşlı müdafiəçi ilə maraqlanır

Daha bir gənc istedad "Manchester United"in maraq dairəsinə düşüb. Goal.az xəbər verir ki, ingilislər "Valencia"nın mərkəz müdafiəçisi Karlos Soleri izləyir. "Qırmızı şeytanlar" 20 yaşlı futbolçuya görə 33milyon avro ödəməyə hazırdır. Soler karyerasınınsın illərini keçirən Maykl Kerrikin əvəzedicisi kimi nəzərdən keçirilir.

Gənc futbolçunun "Valencia" ilə müqaviləsi 2021-ci ilin yayənda başa çatacaq. Onun buraxılış qiyməti 83 milyon avro təşkil edir. Ehtimal olunur ki, maliyyə sıxıntıları səbəbindən "yarasalar" Soleri daha ucuz qiymətə satmağa razı olacaq. Bu mövsüm İspaniya Primerasında 9 oyun keçirən müdafiəçi 1 qol, 4 məhsuldar ötürmənin müəllifidir.