Qeyri-stabil çıxış edən "Trabzonspor"dan 6 istefa xəbəri


İdman 22 Okt 2017 13:11:00 326 0

Qeyri-stabil çıxış edən "Trabzonspor"dan 6 istefa xəbəri

"Trabzonspor" Türkiyə Superliqasının 9-cu turunda "Malatyaspor"a minimal hesabla uduzub. Goal.az xəbər verir ki, klubun 6 rəsmisi bu məğlubiyyətdən sonra istefaya gedib. Onların başında klub prezidentinin müavinləri Mehmet Yiğit Alp və Önder Bülbüloğlu gəlir. İstefa verən şəxslər klubda idarəçilik işinin lazımi prispilər əsasında qurulmadığını və bu sahədə ciddi problemlər ortaya çıxdığını qeyd ediblər. Onlar İdarə heyətinin toplantısında məsələni dəfələrlə gündəmə gətirmələrinə baxmayaraq, zəruri ölçü götürülmədiyini bildirir.

"Təəssüf ki, gəlinən nöqtədə şəffaflıq, ortaq mədəniyyət iddamız cari idarəetmə tərzi ilə uyğunlaşmır. "Trabzonspor" İdarə Heyəti formal əhəmiyyət kəsb edir və oyun meydanına çevrilib. Klubun pis idarə olunması süni yaradılan çətinliklərə qarşı mübarizə aparmasına da mane olur" - açıqlamanın bir hissəsində deyilir.

Öz növbəsində klubun rəhbəri Muharrem Usta növbədənkənar prezident seçkiləri çağrılmayacağını və müddətin sonuna kimi postunda qalacağını bildirib.