Rauf Əliyev "Kukesi"nin qələbəsinə qolla tövhə verdi


İdman 22 Okt 2017 10:30:00 289 0

Rauf Əliyev "Kukesi"nin qələbəsinə qolla tövhə verdi

Albaniya çempionatında 7-ci turun oyunları keçirilir. Goal.az xəbər verir ki, həmyerlimiz Rauf Əliyevin çıxış etdiyi “Kukesi” bu tur səfərdə “Luftetari” ilə qarşılaşıb. Oyun Raufun komandasının qələbəsi ilə başa çatıb - 3:0. Görüşə start heyətində başlayan Əliyev 73-cü dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, Raufun “Kukesi”nin heyətində ardıcıl 3-cü qoludur.

“Kukesi” 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 1 oyun az keçirən“Skenderbeu” isə eyni xalla 1-ci pillədə qərarlaşıb.