"Qarabağ"ın rəqibi çinli futbolçu transfer edir


İdman 21 Okt 2017 15:41:00 349 0

"Qarabağ"ın rəqibi çinli futbolçu transfer edir

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan İspaniya “Atletico”su Çindən futbolçu ala bilər. Madrid təmsilçisinin çinli sponsoru Van Tszyanli kluba ölkəsindən futbolçu cəlb etmək istəyir.

2015-ci ildən “Atletico”ya sponsorluq edən asiyalı iş adamı futbolçuların keçidini şəxsi vəsaiti hesabına reallaşdırmağı düşünür. O, çinli futbolçuların təcrübə qazanmaları və Avropada özlərini göstərmələri üçün belə bir addım atmaq niyyətindədir.

Qeyd edək ki, V.Tszyanlinin sərvəti 29 milyard avro həcmində qiymətləndirilir.