Özil yeni komandasının adını açıqladı


İdman 20 Okt 2017 12:11:00 340 0

Özil yeni komandasının adını açıqladı

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil komandadan ayrılacağı dəqiqləşir.

Goal.az xəbər verir ki, "Mirror" Almaniya millisinin üzvü karyerasını Premyer Liqanın digər klubunda davam etdirəcəyini yazıb.

29 yaşlı futbolçu “Manchester United”ə keçməyə çox yaxındır. Nəşr türk əsilli futbolçunun komanda yoldaşlarına “qırmızı şeytanlar”la anlaşdığını dediyini də qeyd edib. "Arsenal" müqaviləsi mövsümün sonuna qədər olan ulduz futbolçunu qış fasiləsində sataraq, gəlir əldə etmək istəyir.

Xatırladaq ki, Məsut Özil “Arsenal”a 2013-cü ildə 42 milyon funt-sterlinq qarşılığında “Real”dan keçib.